Ermənistanın Rusiyanı xəyanətdə ittihamı əsassızdır

Ermənistanın Rusiyanı xəyanətdə ittihamı əsassızdır

Hazırda oxunan: Ermənistanın Rusiyanı xəyanətdə ittihamı əsassızdır

2573

“Dağlıq Qarabağ münaqişəsində guya Ermənistana ciddi dəstək vermədiyinə görə Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır”.

Bizim.Media-nın xəbərinə görə Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır”, - deyə Kremlin sözçüsü Rusiyanın guya Qarabağdakı münaqişənin həllində Ermənistana əhəmiyyətli dəstək vermədiyi və ermənilərin bir hissəsinin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsi ilə bağlı iradlara cavabında vurğulayıb.

Peskov Dağlıq Qarabağ hadisələrindən sonra Rusiyadakı erməni və Azərbaycan diasporları arasındakı münqişə ehtimalına da münasibət bildirib:

“Dağlıq Qarabağdakı hadisələrdən sonra Rusiyadakı erməni və Azərbaycan diasporları arasında münaqişə baş verməyəcək. Hər iki diaspor özünü çox məsuliyyətli aparır”.

Rusiya prezidentinin mətbuat katibi ölkəsində yaşayan erməni və azərbaycanlıların Rusiya ictimaiyyətinin hörmətli üzvləri olduqlarını vurğulayıb:

“Onlar burada Rusiya Federasiyasının qanunlarının rəhbər tutulmalı olduğunu yaxşı anlayırlar”-deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO