Prezident İlham Əliyev 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, "güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilmir.
Bundan başqa, elektron kabinet verilmiş şəxsin kabineti aşağıdakı hallarda ləğv edilir və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona 5 iş günü müddətində bu barədə məlumat göndərilir:
- Ölkə Prezidentinin müvafiq aktı ilə şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;
- elektron kabinet verilmiş şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:40 / 24.06.2025
Prezidentdən MİDA ilə bağlı FƏRMAN
Hazırda oxunan: Prezidentdən MİDA ilə bağlı FƏRMAN
Hazırda oxunan: Prezidentdən MİDA ilə bağlı FƏRMAN
256454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.