Ceyhun Bayramov Somalinin XİN başçısı ilə görüşdü

Ceyhun Bayramov Somalinin XİN başçısı ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Somalinin XİN başçısı ilə görüşdü

25341

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamed Abdirizak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov iranlı və əfqanıstanlı həmkarları ilə görüşdü


Bu xüsusda, nazir qarşı tərəfə cari ilin 13 iyun tarixində Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib.

Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO