“Azərbaycanda mina terroru hələ də davam edir. 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və geniş şəkildə yerləşdirilmişdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabında qeyd edib.
“Bir çox hallarda minalar heç bir hərbi zərurət olmadan – sadəcə mülki şəxsləri hədəfə almaq və məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını bilərəkdən ləngitmək məqsədilə basdırılmışdır. Bu baxımdan, minalar kütləvi qırğın silahı kimi çıxış edir və ciddi təhlükə yaradır”, - Prezidentin köməkçisi.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:11 / 31.05.2025
Hikmət Hacıyev: “Azərbaycanda mina terroru hələ də davam edir” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycanda mina terroru hələ də davam edir” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycanda mina terroru hələ də davam edir” - FOTO
252374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.