Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Bizim.Media xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.
Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.
Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:20 / 30.05.2025
İlham Əliyev ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
Hazırda oxunan: İlham Əliyev ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
Hazırda oxunan: İlham Əliyev ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
252224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.