“Azərbaycan hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər”

“Azərbaycan hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər”

Hazırda oxunan: “Azərbaycan hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər”

25192

“Türkiyə Şuşa bəyannaməsiylə Azərbaycanın tamamını təhlükəsizlik təminatı altına almış oldu. 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin genişləndirilməsinə ehtiyacımız var idi. Ancaq dəstək qarşılıqlı olmalıdır, müttəfiqlik bunu diqtə edir”.

Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 
 
O, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməyə hazırlaşdığını xatırladıb:

“Türkiyə hərbçiləri isə Əfqanıstanda qalacaq və paytaxt Kabilin hava limanını qoruyacaqlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə Brüsseldə son görüşündə deyib ki, Türkiyəyə Əfqanıstanda Pakistan və Macarıstan da dəstək verəcəklər. Türkiyə iki dostu ilə ABŞ və NATO-nu Əfqanıstanda əvəz edəcəklər. Türkiyənin bu addımı ABŞ və NATO tərəfindən yüksək qiymətləndirilib”.

Politoloqun fikrincə, Azərbaycan da kiçik hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər: 

“Onsuz da biz Əfqanıstanda varıq. Bu müddəti uzatmaq olar. Bu halda Azərbaycan dost dövlətlər – Türkiyə, Pakistan və Macarıstanın yanında yer almış olacaq və bu hal Vaşinqtonla Brüssel tərəfindən də yüksək qiymətləndiriləcək. Bununla Ermənistan və erməni lobbisi ilə mübarizədə beynəlxalq arenada mövqelərimizi gücləndirmiş olarıq. Əfqanıstanın Azərbaycana dost və qardaş dövlət olduğunu da nəzərə almalıyıq. Müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəsətkləyən dövlətlərdən biri də Əfqanıstan idi”.

O, bildirib ki,  Rəcəb Tayyib Ərdoğan Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə Petrolleri Anonim Şirkətinylə birgə Liviyada enerji rerusrlarının işlənməsində də Bakıya tərəfdaşlıq təklif edib:

“Bu da Neft Şirkətinin fəaliyyət çərçivəsini genişləndirmək və Türkiyə ilə birgə hərəkət etmək baxımından faydalı ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO