İranda seçkilər: Ərdoğanın təklifi necə qarşılanacaq? - Zərdüşt Əlizadədən PƏRDƏARXASI NÜANSLAR

İranda seçkilər: Ərdoğanın təklifi necə qarşılanacaq? - Zərdüşt Əlizadədən PƏRDƏARXASI NÜANSLAR

Hazırda oxunan: İranda seçkilər: Ərdoğanın təklifi necə qarşılanacaq? - Zərdüşt Əlizadədən PƏRDƏARXASI NÜANSLAR

25157

“Qələbəyə ən real namizəd kimi ən çox İbrahim Rəisinin adı çəkilir. Hər halda kimin seçilməsinə İran xalqı qərar verəcək. Amma hakmiyyətdə kim olursa olsun Azərbaycan-İran münasibələri sabitqədəmdir. Hər iki ölkənin başçıları macəraçı deyillər, praqmatik adamlardır. Azərbaycan-İran münasibətlərinin korlanması nə Bakı, nə də Tehranın xeyrinədir. Bunu bilirlər”

Bu sözləri Bizim.Media ilə İrandakı seçkilər barədə danışan politoloq Zərdüşt Əlizadə açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

Seçkilər üçün son 3 GÜN – 42 ildə İran bu qədər sönük olmamışdı


İkinci sualın cavabında isə müxtəlif gizli məqamlara aydınlıq gəldi:

Türkiyə lideri Şuşadakı mətbuat konfransında altılı (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran) platformadan söz açdı. Sizcə, bu formatda əməkdaşlıq yeni İran hökuməti ilə mümkün ola bilərmi?

“Hər bir bölgədə dövlətlərin bir-birinə yaxın olması, ticarət əlaqələri qurub qarşılıqlı güzəştlər etməsi müsbət hadisədir. Amma məsələ ondandır ki, altılı format nəzəriyyə baxımından çox cəlbedici və səmərəli görünsə də, əslində bunun qarşısındakı manelər nədən ibarətdir? Əvvəla Ermənistan hələki gərgin dövrlərini keçirir və öz gələcəyini müəyyənləşdirməyib. Əvvəlki kimi “qonşularla kəllə-kəlləyə gələcək, döyüşəcək, vuruşacaq, ağlını başına yığıb barışa gedəcək” kimi sualların cavabı hələ bilinmir. Bunun ilkin əlamətləri iyunun 20-də məlum olacaq. Koçaryan hakimiyyətə gəlsə, Rusiyanın aləti rolunu daha geniş formada reallaşdıracaq.

Ermənistanın bir müstəqil dövlət kimi qərarlarından söhbət belə getməyəcək. 

Ancaq Paşinyan qalib gələrsə, ola bilər ki, müəyyən çətinliklərə rəğmən Ermənistanı qərbə tərəf aparsın. Həmçinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilər, Ermıənistan düşmənçilikdən əl çəkər. Bu Ermənistan...

Qaldı ki, Gürcüstan Avropaya, NATO-ya qoşulmaq barədə fikirləşir, lakin nə Avropa, nə də NATO-da onu gözləyən yoxdur. Tbilisi anlasa ki, gələcək inkişaf ən yaxın qonşularla bağlıdır, onda altılı format işləyə biləcək. 


İran-Türkiyə münasibətləri isə tarixən çox mürəkəb olub. Qarşılıqlı inamsızlıq ətrafında görüşüblər, hərdən isə çoxsaylı qütblərdən asılı olublar. Ankara qərbə daha yaxındır, Tehran isə qərblə ziddiyyətlər yaşayır. Amma bu da altılı platformanın formalaşmasına elə də ciddi mənfi təsir kimi görünmür. 

Nəhayət, burada ən mürəkkəb oyunçu Rusiyadır. Kremlin konkret xarici siyasəti yoxdur. Mehribanlıq yerinə vurmaq-yıxmaq, əzmək, itaət halına gətirmək Rusiyanın xəttidir. Amma əslində iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var.

Rusiya da daxil bu ölkələr bir-birilərinə açılsalar, həm Ermənistan, həm Azərbaycan, Gürcüstana, həm də İran və Türkiyə üçün yaxşı olacaq. Lakin insanlar öz xeyirlərini bilirlərmi?

Amma bir uşağa desən ki bütün günü çöldə futbol oynamaq əvəzinə get dərs oxu, elmini artır, qulaq asacaqmı? Yox!”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO