Putin və Bayden Cenevrə görüşü haqda NƏ DÜŞÜNÜRLƏR? 

Putin və Bayden Cenevrə görüşü haqda NƏ DÜŞÜNÜRLƏR? 

Hazırda oxunan: Putin və Bayden Cenevrə görüşü haqda NƏ DÜŞÜNÜRLƏR? 

25115

Rusiya və ABŞ liderləri ilk sammitin yekunlarını açıqlayıb. Soldan-sağdan Sakit və Atlantik okeanlarının ayırdığı dövlətlərin mövqelərində oxşarlıq var. Amma...

Bizim.Media olaraq hər iki liderin gözlənilən görüş barədə təəssüratlarını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Bayden və Putin bir-birinə hədiyyə bağışladı


Putin: Danışıqlarda düşmənçilik yox idi.

Bayden: Pozitiv atmosfer var idi. Mən səfər məqsədimi yerinə yetirdim.

O ki qaldı münasibətlərə...

Putin: Belə situasiyada ailəvi güvən ola bilməz.

Bayden: Soyuq müharibə heç kimin marağında deyil. Kreml beynəlxalq normaları gözlədiyi halda Rusiyanın çiçəklənməsi ABŞ-ın maraq dairəsindədir. Sadəcə biz, demokratiyamızın pozulmasına göz yuma bilmərik.

Diplomatik əlaqələrdən söz açsaq deməliyik ki, səfirlər öz işlərinə qayıdır. Strateji stabillik barədə Putinin düşüncələri ondan ibarətdir ki, "bu istiqamətdə məsləhətləşmələrin başlanmasına razılaşmışıq. 

Bayden: Yeni silahlanma sistemlərini kontrolda saxlamaq lazımdır. Bununla bağlı böyük razılaşma üzərində çalışırıq. 

Kiberhücumlar...

Putin: Dünyada kiberhücumların çoxu ABŞ-dan reallaşdırılır. Anti-rus fəaliyyətləri kənara qoyaraq kibertəhlükəsizlikdə məsləhətləşmələrə start verməliyik. 

Bayden: Baza normaları pozulduqda eynisilə cavab verəcəyik. Amma hərbi cavabdan söz açılmadı. Təklif etdim ki, kritik infrastruktur kiberhücumlara məruz qalmamalıdır. Qoy ekspertlər çalışsın. 

İnsan hüquqları və Navalni məsələsindən də bəhs olunub.

Bayden: Putinə dedim ki, ABŞ insan haqları və Navalni işi kimi məsələləri yenə qabardacaq. 

Putin: O bilirdi ki, qanunları pozur. Və dərk edərək həbsə doğru addımlayırdı. Amma ABŞ hələ 2017-ci ildə Rusiyanı rəqib adlandıraraq bəzi siyasi təşkilatları dəstəkləməyi qərara aldı. 
Sonda Ağ Ev rəhbəri Uilan və Ridin taleləri mövzusunu da gündəmə gətirib. Putin isə bu mövzuda kompromislərin mümkünküyünü açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO