Əhliman Əmiraslanov: “Azərbaycanda tibb sahəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”

Əhliman Əmiraslanov: “Azərbaycanda tibb sahəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”

Hazırda oxunan: Əhliman Əmiraslanov: “Azərbaycanda tibb sahəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”

249837

“Azərbaycanda tibb sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Bakıda təşkil olunan “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresdə qeyd edib.

Onun sözlərinə görə bu konqresin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunması təsadüfi deyil:

“Müstəqil Azərbaycanın səhiyyə sisteminin inkişafı məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə kadr çatışmazlığı yaşanırdı. Xüsusilə də tibb sahəsində ixtisaslı mütəxəssislərin sayı çox az idi. Ulu öndər ilk növbədə səhiyyə sahəsinin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirdi. Bu məqsədlə mühüm tədbirlər görüldü. İlk ensklüyar addımlar Türkiyədən dəvət olunan həkimlərin dəstəyi ilə atıldı. Ən vacib istiqamətlərdən biri isə cərrahiyyə sahəsində peşəkar kadrların hazırlanması oldu”.

Əhliman Əmiraslanov çıxışında həmçinin bildirdi ki, bu gün ölkədə səhiyyənin inkişaf səviyyəsi məhz o dövrdə əsası qoyulan strateji islahatların nəticəsidir.

Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO