Türkiyə Prezidenti Ərdoğan bu gün Milli Məclisə gəlir

Türkiyə Prezidenti Ərdoğan bu gün Milli Məclisə gəlir

Hazırda oxunan: Türkiyə Prezidenti Ərdoğan bu gün Milli Məclisə gəlir

24968

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində o, parlamentin üzvləri ilə də görüşəcək. İclasda bir sıra mühüm məsələlər barədə məruzələr olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Bəyannaməsinin əsas MÜDDƏALARI


Qeyd edək ki, qardaş ölkənin prezidenti Ərdoğanın Azərbaycana səfəri iyunun 15- də başlayıb. Türkiyə başçısını Heydər Əliyev hava limanında bir sıra dövlət rəsmiləri qarşılayıb. 

Daha sonra Ərdoğan Füzuli şəhərinə yola düşüb. Türkiyə prezidentini Füzulidə Prezident İlham Əliyev təntənəli şəkildə qarşılayıb. Daha sonra liderlər Şuşa şəhərinə yola düşüblər. 

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO