Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu gün Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasının ardınca Azərbaycana yola düşəcək.
Gülərin səfər zamanı bir sıra görüşlər keçirəcəyi bildirilib.
Bizim.Media