Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin parlament sədrləri Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi - koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:07 / 06.05.2025
Milli Məclislə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
Hazırda oxunan: Milli Məclislə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
Hazırda oxunan: Milli Məclislə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
247995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.