Belarus hökuməti Ağdamda aqroşəhərcik İNŞA EDİR

Belarus hökuməti Ağdamda aqroşəhərcik İNŞA EDİR

Hazırda oxunan: Belarus hökuməti Ağdamda aqroşəhərcik İNŞA EDİR

247933

Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub.

Bizim.Media xəbər verir ki, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.

Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsi də inşa ediləcək.

Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin tikilməsi təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana etdiyi dövlət səfəri zamanı irəli sürülüb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO