Bayden Putinlə görüşə müharibə anonsu ilə gedir – G7 İLK “ATƏŞİ” AÇDI

Bayden Putinlə görüşə müharibə anonsu ilə gedir – G7 İLK “ATƏŞİ” AÇDI

Hazırda oxunan: Bayden Putinlə görüşə müharibə anonsu ilə gedir – G7 İLK “ATƏŞİ” AÇDI

24733

“Böyük yeddilər” Rusiya və Çinə qarşı birləşirlər. 

Bizim.Media xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında “Böyük yeddilər”-ə daxil olan ölkə liderlərinin Böyük Britaniyada keçirilən görüşünü şərh edib. 
 

“Böyük dövlətlərin liderləri əvvəlcə Rusiya hakimiyyətinə çağırış etdilər: “Dağıdıcı siyasətindən əl çək!”. Söhbət Rusiyanın qonşu dövltələrin daxili işlərinə qarışmasından tutmuş insan haqlarının pozulmasına qədər olan bəndlərdən gedir.


Buna baxmayaraq, onlar Rusiya ilə stabil əsasda əməkdaşlığı davam etdirəcəklərini də bəyan etdilər. Liderlərin müzakirə etdikləri ikinci dövlət Çin oldu. ABŞ-ın Çinə qarşı mövqeyi sərt olduğu halda, bəzi Avopa dövlətləri Pekinin siyasətinə göz yummağa hazırdılar. Buna görə də ABŞ prezidenti Co Bayden bir daha avropalı həmkarlarına çağırış edərək dedi ki, hamı bir nəfər kimi Çinin anti-demokratik siyasətini tənqid etməlidir: “Hərəkətə keçmək zamanıdır”. Bayden təklif etdi ki, “Böyük yeddilər ”Çinin “bir kəmər, bir yol” təşəbbüsünə alternativ proqram hazırlasınlar. Digər tərəfdən qeyd etdi dünya ticarətini və texnoloji yeniliklərlə bağlı oyun qaydalarını Çin deyil, ABŞ və Avropa ölkələri müəyyənləşdirməlidirlər. Yekdil qərar bu oldu ki, Çin bəşəri dəyərlərə əsaslanan insan hüquqlarını kobudcasına pozur və buna qarşı ortaq mübarizə aparmaq lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Ərdoğanla niyə Putindən qabaq görüşür? – Səbəblər AÇIQLANDI


Politoloq bildirir ki, Çinin Böyük Britaniyadakı səfirliyi vasitəsilə yaydığı açıqlamada isə qeyd olunub ki, bir qrup ölkə dünyanın taleyini həll edə bilməz:

“Çin ona görə belə reaksiya verir ki, “böyük yeddilərin” xaricində ona dəstək verəcək dövlətlər var. Ancaq məsələ burasındadır ki, Pekinin istəyindən asılı olmayaraq “böyük yeddilər”in əllərində təzyiq imkanları çoxdur. Doğrudur, Qərbin sanksiya siyasəti bir sıra hallarda nəticə vermir, ancaq hədəf götürülübsə, onu zəiflətmək üçün bütün vasitələrdən istifadə olunur”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO