Hikmət Hacıyev: “Ağdamda çox dəyişiklik var”

Hikmət Hacıyev: “Ağdamda çox dəyişiklik var”

Hazırda oxunan: Hikmət Hacıyev: “Ağdamda çox dəyişiklik var”

24635

İşğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfər təşkil olunur.

Bizim.Media xəbər verir ki, bunu xarici diplomatik korpus nümayəndələri ilə Ağdamda səfərdə olan Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, azad olduqdan 6 ay keçməsinə baxmayaraq Ağdamda müsbətə doğru çox dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Diplomatlar Ağdam Dram Teatrının qalıqları ilə tanış oldular - FOTO


H.Hacıyev bildirib ki, Ağdam Qafqazın Xerosiması kimi tanınır:

"Lakin Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə çevirməkdir".

H.Hacıyev bildirib ki, Ağdam sülh, əminamanlıq şəhərinə çevriləcək və 30 il ərzində doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və əminamalıq içində öz doğma tormaqlarına qayıtması təmin ediləcək: “Bu günki səfərimizin çox gözəl proqram var və biz proqrama Pənahəli xanın imarətini ziyarət etməklə başlayacağıq”. (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO