Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın Arxiyepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından başsağlığını çatdırıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:45 / 26.04.2025
Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO
Hazırda oxunan: Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO
Hazırda oxunan: Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO
246232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.