Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar.
Bizim.Meda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
“Zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:24 / 26.04.2025
Prezident: “Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək olar” - VİDEO
Hazırda oxunan: Prezident: “Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək olar” - VİDEO
Hazırda oxunan: Prezident: “Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək olar” - VİDEO
246192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.