Diplomatsız Ermənistan – Xarici işlər nazirliyi niyə boşaldı?

Diplomatsız Ermənistan – Xarici işlər nazirliyi niyə boşaldı?

Hazırda oxunan: Diplomatsız Ermənistan – Xarici işlər nazirliyi niyə boşaldı?

23978

Son günlərdə Ermənistan Xarici İşlər Nazirliyində ardıcıl istefalar müşahidə olunur. İlk olaraq mayın 27-də xarici işlər nazirinin vəzifəsini icra edən Ara Ayvazyan, daha sonra mayın 31-də isə nazir müavini Qaqaik Qalçyan və naziliyin mətbuat katibi Anna Naqdalyan istefa verib. 

Ermənistan parlamentinin müstəqil deputatı Taqui Tovmasyan baş verən ardıcıl istefaları dəyərləndirərkən Xarici İşlər Nazirliyinin artıq çökdüyünü və nazirliyin başsız qaldığını qeyd edib. Onun sözlərinə görə, artıq nazirliyin bütün müavinləri istefa verib və normal fəaliyyəti icra edəcək vəzifəli şəxs qalmayıb. Ermənistan diplomatik korpusunda baş verən bu xaosun səbəbləri barəsində isə hər hansı rəsmi açıqlama yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” - Ter-Petrosyanın ETİRAFI


Bir çox ekspert Xarici İşlər Nazirliyində baş verən ardıcıl istefaları Ermənistanda iyun ayı ərzində baş tutacaq seçkilərlə əlaqələndirirlər.

Daha əvvəl baş nazir Nikol Paşinyanın istefasına da diqqət çəkən ekspertlər baş verənləri Ermənistanda seçkilərdən sonra yeni hökümətin qurulmasına hesablandığı qənaətindədir. Lakin qeyd olunan səbəblərin heç biri Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətində yaranan durğunluğu izah etməkdə yetərli deyil.

Məlumdur ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi son günlərin əsas müzakirə mövzusudur. Bir neçə dəfə qarşılıqlı insidentlə müşahidə olunan bu proses iki ölkə arasında diplomatik münasibətləri zəruri edən əsas səbəblərdən biridir. Məhz bu baxımdan Ermənistan Xarici İşlər Nazirliyinin rəhbər heyətinin istefası məqsədli şəkildə müzakirə prosesinə zərər vurmağa hesablanmış addımdır.

Çünki Ermənistan və Azərbaycan dövlət sərhəddində həlli vacib problemlər hələ də qalmaqdadır.

Azərbaycan tərəfi isə dövlət sərhədlərinin bütövlüyünün təmin olunması istiqamətində fəal iş aparmaqda davam edir. Bu isə Ermənistanın bir sıra yeni ərazilərdən və yüksəkliklərdən də geri çəkiləcəyi anlamına gəlir. 

Ermənistan üçün mövcud problemlərin diplomatik yolla həll edilməsi xüsusilə Qaragöl və Kəlbəcərdə baş verən insidentlər göz önünə alındığında daha məqsədə uyğun addımdır. Lakin Azərbaycanla hər hansı formada danışığa gedilməsi problemin Azərbaycanın dövlət bütövlüyü çərçivəsində həll olunacağı və Ermənistanın hazırkı mövqelərindən geri çəkiləcəyi mənasına gəlir.

“İstefa oyunu” ilə erməni diplomatiyası önəmli problemlərin və mübahisəli məsələlərin həllini seçkidən sonrakı perioda saxlamağı hədəfləyir. Bu strategiya ilə onlar seçkiyəqədərki müddət ərzində həm özlərini seçki prosesinin uğursuzluqlarından sığortalamış olacaqlar, həm də Azərbaycanın hər hansı formada təzyiqini neytrallaşdırma çalışacaqlar.

Ölkənin diplomatik korpusunun yoxluğu isə dövlətin mahiyyətini ortaya qoyur, Ermənistan artıq heç bir siyasi danışıqlar aparmaq iqtidarında deyil.

İrəvanın diplomatik tənzimləmə bacarığı və bilikləri fiaskoya uğrayıb, onun artıq bundan yuxarı potensialı yoxdur, necə deyərlər, başından yuxarı tullana bilməzsən. 

Ya da məşhur lətifədə deyildiyi kimi, “армянe есть но, вариантов нет”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO