“Erməni nə qanır minaladığı sahələrin xəritəsini tərtib etsin?” - HƏRBİ EKSPERT 

“Erməni nə qanır minaladığı sahələrin xəritəsini tərtib etsin?” - HƏRBİ EKSPERT 

Hazırda oxunan: “Erməni nə qanır minaladığı sahələrin xəritəsini tərtib etsin?” - HƏRBİ EKSPERT 

23960

“Rəsmi qurumların tez-tələsik verdikləri açıqlama o qədər də təkmil, hərtərəfli deyildi və şəxsi düşüncəmə görə, hardasa bilməyərəkdən mənfur düşmənin məsuliyyətini bir qədər yüngüllləşdirmək təsiri bağışladı”.

Bizim.Media xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov “Facebook” hesabında bir neçə gün öncə Kəlbəcərdə ikisi jurnalist olmaqla, 3 nəfərin düşmənin basdırdığı minaya düşərək həlak olması, 4 nəfərin isə yaralanması hadisəsi ilə bağlı müzakirələrə münasibət bildirərkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı GİZLİ PLANLARI


Onun sözlərinə görə hamı düşüb bu yaramaz ermənilərin üstünə ki, onlar minalanmış sahələrin xəritəsini vermək istəmirlər:

“Sizə elə gəlmir ki, bu davamlı müraciətlərimizlə bu alçaqları bir qədər yuxarıya qaldırırıq?! Axı olmayan ağılları ilə necə o xaotik basdırdıqları minaların xəritələrini bizə versinlər? Guya bunlar həmin minaları harda gəldi basdırarkən xəritə tərtib ediblər? Dünyada sivil, inkişaf etmiş dövlətlər və orduları hər şeyi elmi əsaslarla həyata keçirirlər. Axı, erməni nə qanır minaladığı sahələrin xəritəsini tərtib etsin? Nə vaxtdan başıpozuq dəstəyə malik olan erməni və onların havadarları Azərbaycanın bir vaxtlar işğal altında saxladıqları rayon və şəhərlərində basdırdıqları minaların xəritəsini də guya tərtib edirlərmiş. Mən buna inanmıram və düşünmürəm ki, bu alçaqlar məhz hərbi elmin tələblərinə əməl edərək bu işi görüblər”. 

Ekspert qeyd edib ki, Müdafiə Nazirliyimizin (MN), eləcə də döyüş bölgəsində real müharibə şəraitində olan Dövlət Sərhəd Xidmətinin (DSX) kifayət qədər peşəkar minaaxtaran şəxsi heyəti və ciddi mühəndis-istehkam avadanlıqları var:

“44 günlük Vətən savaşından sonra bir sıra xarici ölkələrdən işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə işlərini aparmaq üçün ən müasir maşın və mexanizmlər alınmaqdadır. Ona görə də, biz bunlardan minalanmış ərazilərin xəritəsini tələb edəndə, mal kimi gözlərini döyürlər ki, axı nəyi versinlər? Olmayan şeyi necə verə bilərlər? Fərz edək ki, düşmən o xəritələri bizə heç vaxt verməyəcək. Belə çıxmır ki, biz onların imtinası nəticəsində illərlə öz doğma yurd-yuvalarımıza qayıtmayacağıq? Hesab edirəm ki, xəritə məsələsini rəsmiləşdirək. Beynəlxalq qurumlar erməni və ona havadarlıq edən fransızlardan, ruslardan, digər dövlətlərdən tələb etsinlər ki, bu məsələyə cavab versinlər”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO