“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün üçtərəfli sazişlərində nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq istiqamətində bu mühüm addımı dəstəkləyir.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi ikitərəfli münasibətlərin bütün spektrini normallaşdırmaq, həmçinin sülh müqaviləsi imzalamaq üçün Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır:
“Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesini asanlaşdırmaq və regionda nəqliyyat kommunikasiyalarının qarşısını almaq məqsədi daşıyır”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:49 / 14.03.2025
Kreml Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıb
Hazırda oxunan: Kreml Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıb
Hazırda oxunan: Kreml Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıb
239379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.