BMT, Avropa Şurası, Amnesty International, Human Rights Watch və başqa beynəlxalq təşkilatlar Kəlbəcərdə iki KİV nümayəndəsinin erməni təxribatının qurbanı olmasına hələ də susur.
Bizim.Media-ya mövzu ilə bağlı müsahibə verən politoloq Fərhad Məmmədov isə bildirdi ki, bu susqunluq gözlənilən idi:
“Əlbəttə, Azərbaycan diplomatiyası bu istiqamətdə çoxlu işlər görür. Artıq bir neçə beynəlxalq qurumda, bir neçə ölkənin xarici işlər naziri də Ermənistan-Azərbaycan gündəliyinə digər mövzularla yanaşı bu məsələni də salıblar. Amma bu elə görsənir ki, ən çox narahat olan tərəf Azərbaycandır və başqa məsələlər kimi bunu da Bakı özü həll etməlidir. Həlli isə Ermənistanı mina xəritələrini verməyə məcbur etməkdir. Vadar etmək üçün Azərbaycanın əlində kifayət qədər resurs var. Son prosesləri ümumi nəzərdən keçirəndə görürük ki, Ermənistan-Azərbaycan münasibətləri iki yolla inkişaf edə bilər.
Biri konstruktiv yoldur, digəri isə konfrantasiya (qarşıdurma, toqquşma, cəbhələşmə) yoludur.
Elə mövzular var ki, mina xəritələri də onlardan biridir. Bu mövzular konstruktiv yolun əsasını qoya bilər. Bura etibar hissinin artırılması, möhkəmləndirilməsi və bütün məsələlərin sülh yolu ilə həll olunması, qarşılıqlı mənfəət və s. daxildir. Bir neçə mövzu var. Nəqliyyat, sərhədlərin müəyyən olunması, böyük sülh müqaviləsi mövzusudur. Belə iri hadisələrə kiçik addımlarla getmək lazımdır. Mina xəritələrinin verilməsi də bu addımlardan biridir. Əfsuslar olsun ki, İrəvan konstruktiv yola keçidlə bağlı sonuncu addımlarını atır. Yəni, bu hadisə baş verməsə, konfrantasiya spiralı artacaq. Belə məsələlər nə qədər ki həll edilmirsə, bir o qədər də konfrantasiya çoxalacaq. Azərbaycan hər iki yola hazırdır.
Böyük ehtimalla Ermənistandakı seçkilərdən sonra, o vaxt ki, Azərbaycan Ermənistan əhalisinin nə düşündüyünü, konstruktiv, yoxsa konfrantasiya yolunu seçdiyini öyrənəndən sonra Bakı öz addımlarını atacaq.
Konstruktiv yol seçilərsə, Azərbaycan buna hazırdır və artıq bəzi işlər də reallaşdırılıb. Yox, əgər Ermənistan cəmiyyəti hakimiyyətə revanşist qüvvələri gətirəcəksə, konfrantasiya yolu davam edəcək. Bu zaman Azərbaycan mina xəritələrini istəməyə də bilər.
Belə ki, minalardan təmizləmə işini tam öz üzərinə götürüb konfrantasiya yolunu seçərək öz addımlarını atacaqdır”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:35 / 07.06.2021
Azərbaycan mina xəritələrindən imtina edə bilər - SƏBƏB NƏDİR?
Hazırda oxunan: Azərbaycan mina xəritələrindən imtina edə bilər - SƏBƏB NƏDİR?
Hazırda oxunan: Azərbaycan mina xəritələrindən imtina edə bilər - SƏBƏB NƏDİR?
23880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.