Zaxarova: “Rusiyada Heydər Əliyevin xatirəsi qorunur”

Zaxarova: “Rusiyada Heydər Əliyevin xatirəsi qorunur”

Hazırda oxunan: Zaxarova: “Rusiyada Heydər Əliyevin xatirəsi qorunur”

238036

“Rusiyada Heydər Əliyevə böyük hərarət və hörmətlə yanaşırlar”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinq zamanı bildirib.

Zaxarova bu yaxınlarda Moskvada Heydər Əliyevin respublika səfirliyinin yaxınlığındakı parkda abidənin qoyulması ilə bağlı fikirlərini bildirib:

"Rusiyada bu parlaq, qeyri-adi, istedadlı insana və dövlət xadiminə böyük hərarət və hörmətlə yanaşırlar, və onun görkəmli dövlət xadimi kimi xatirəsi qorunur. 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində onun anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib, hazırda isə Rusiyada H.Əliyevin abidəsinin təməlinə simvolik daş qoyulub.

Ucaldılacaq abidə ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisə olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO