Trampdan dünyanı qorxuya salan HƏMLƏ – ABŞ III Dünya Müharibəsinə HAZIRLAŞIR?

Trampdan dünyanı qorxuya salan HƏMLƏ – ABŞ III Dünya Müharibəsinə HAZIRLAŞIR?

Hazırda oxunan: Trampdan dünyanı qorxuya salan HƏMLƏ – ABŞ III Dünya Müharibəsinə HAZIRLAŞIR?

237799

ABŞ Prezidenti Donald Tramp fevralın 4-də konqresdəki çıxışı zamanı ABŞ-ın müasir “Qızıl Qübbə” raket hücumundna müdafiə sistemləri yaratmaq planından söz açıb.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya hazırki səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, Tramp qeyd edib.

"Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, Tramp ötən ay “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, uzun illərdir ABŞ-da müdafiə məqsədi ilə belə bir sistemin qurulmasından bəhs olunmurdu. Dünyada hökm sürən gərginliklər fonunda Trampın bu planı xüsusilə diqqət çəkir. Görünən qədərilə, ABŞ lideri ölkəsinin müdafiə potensialını gücləndirmək üçün hərəkətə keçib.

ABŞ-ın III Dünya Müharibəsinə hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli “Qızıl Qübbə” müdafiə sistemini ABŞ-ın III Dünya Müharibəsinə hazırlığı kimi deyil, belə bir müharibə baş verərsə, özünümüdafiə məqsədilə atılan məqsədəuyğun proses kimi dəyərləndirdi:

“Hər bir ölkə müəyyən müddətdən bir özünün hava hücumundan müdafiə sistemini yeniləyir, onun gücləndirilməsi istiqamətində müvafiq addımlar atır. Bu addımlar da həmin ölkənin iqtisadi gücü və maliyyə imkanları səviyyəsində həyata keçirilir. ABŞ dünyanın ən zəngin ölkəsidir. Hərbi xərcləri təxminən 1 trilyon dollara yaxındır. Bu baxımdan onun müasir texnologiya əsasında hava hücumundan müdafiə sistemini yeniləməsi məntiqlidir”.

Ekspert hesab edir ki, "Qızıl Qübbə" hava hücumundan müdafiə sistemi ABŞ-ın təhlükəsizliyinin təminatı üçün yenilik olacaq:

“İnformasiyalardan görünür ki, "Qızıl Qübbə" daha yeni nəsil hipersəsli qitələrarası raketlərdən müdafiə məsələsi, həmçinin kosmik müharibə zamanı orbitdəki imkanlardan istifadə etməklə yerdə müəyyən hərbi əməliyyatların həyata keçirilməsi imkanları artıq reallaşmağa doğu gedir. ABŞ bu texnologiyanı yaradan ölkələrdən biri olduğundan onun qarşısını almaq istiqamətində də addımlar atır.

Trampın "Qızıl Qübbə" müdafiə sistemilə bağlı verdiyi qərarın birbaşa III Dünya müharibəsinə hazırlıq olduğunu demək çətindir. Ancaq böyük dövlətlər qeyri-müəyyən adlarla müharibəyə hər zaman hazır olublar. Onların bu istiqamətdə başqa variantları da yoxdur. Bu mənada “Qızıl Qübbə” müdafiə sistemini III Dünya Müharibəsinə hazırlıq kimi deyil, belə bir müharibə baş verərsə, özünümüdafiə məqsədilə atılan məqsədəuyğun proses kimi dəyərləndirə bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO