Harutyunyan: “Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi”

Harutyunyan: “Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi”

Hazırda oxunan: Harutyunyan: “Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi”

237517

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları cinayəti işləri üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Arayik Harutyunyan səbəst ifadə verib və 44 günlük müharibə ərəfində baş verənlərdən danışıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Nürnberq Məhkəməsi”nin növbəti iclası KEÇİRİLDİ - FOTO


“2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu.

Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. 

Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.

Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim.

2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim.

“Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO