Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.
Bizim.Media xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:53 / 03.03.2025
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
Hazırda oxunan: Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
Hazırda oxunan: Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
237408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.