"Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında səsləndirib.
Ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:06 / 27.02.2025
İlham Əliyev: “Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır”
Hazırda oxunan: İlham Əliyev: “Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır”
Hazırda oxunan: İlham Əliyev: “Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır”
236874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.