Moldovalı deputatdan Azərbaycana DƏSTƏK: “Ermənistana təzyiq göstərilməlidir”

Moldovalı deputatdan Azərbaycana DƏSTƏK: “Ermənistana təzyiq göstərilməlidir”

Hazırda oxunan: Moldovalı deputatdan Azərbaycana DƏSTƏK: “Ermənistana təzyiq göstərilməlidir”

23658

Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir.

Bizim.Media xəbər verir ki, bunu Moldova parlamentinin deputat, Moldova Demokratik Partiyasının parlament fraksiyasının sədri Dmitriy Dyakov bildirib.

“Müxtəlif ölkələrdən olan deputat həmkarlarımın və ictimai xadimlərin çağırışlarına qoşulur, beynəlxalq ictimaiyyəti Qarabağda minalanmış sahələrin xəritəsini təqdim etmək üçün Ermənistana təzyiq göstərməyə çağırıram”, - deyə deputat qeyd edib.

Kəlbəcərdə ikisi jurnalist olmaqla, 3 nəfərin minaya düşərək həlak olması xəbərinin onda dərin kədər hissi doğurduğunu bildirən deputat deyib:

“İxtisasca jurnalist olduğum üçün baş verənləri və demokratik bir cəmiyyətin formalaşmasında medianın oynadığı rolun əhəmiyyətini yaxşı bilirəm. Ermənistan beynəlxalq hüququn tələblərinə riayət etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO