“Jurnalistləri əvəzləyəcək peşəkarlar bundan sonra da ermənilərə gözdağı verəcəklər” - Hulusi Kılıç

“Jurnalistləri əvəzləyəcək peşəkarlar bundan sonra da ermənilərə gözdağı verəcəklər” - Hulusi Kılıç

Hazırda oxunan: “Jurnalistləri əvəzləyəcək peşəkarlar bundan sonra da ermənilərə gözdağı verəcəklər” - Hulusi Kılıç

23657

Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşlarının iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi Ermənistanın bəşəriyyətə qarşı törətdiyi növbəti müharibə cinayətidir. AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olması xəbərləri son dərəcə sarsıdıcı və üzücüdür. İşğaldan azad olunan ərazilərdəki erməni vəhşiliyini öz əməkləri ilə tarixə köçürən iki qəhrəman övladımızın şəhadəti bir daha göstərdi ki, Vətənin hər qarışı Azərbaycan xalqı üçün əzizdir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

İşğaldan azad olunan torpaqlarda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən Ermənistanın bu addımını insanlığa qarşı növbəti cinayət kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib: “Görünən odur ki, təcavüzkar Ermənistan minalanmış ərazilərin xəritələri verməməklə mina terroru ilə hər bir azərbaycanlının ölümündən hərbi sahədə biabırçı məğlubiyyətinin təskinliyini tapır. Amma qoy düşmən sevinməsin. Ermənistanın mina terroru Azərbaycan xalqını öz amalından çəkindirə bilməz. AZƏRTAC və AzTV-nin kollektivində hər kəs öz əməyi ilə Vətən yolunda canından keçməyə hazır olan qəhrəmandır. Mərhum jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovu öz fəaliyyətləri ilə layiqincə əvəzləyəcək peşəkarlar bundan sonra da düşmənə gözdağı verəcəklər”.

İyunun 4-də Kəlbəcər rayonunda həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyən səfir əminliklə bildirib ki, insanlar üçün təhlükə mənbəyi olan minalar günahsız şəxslərin qanını axıtdıqca dünyadakı ikili standartlar daha qabarıq şəkildə ifşa olunur.

Bu minaları basdırmaq bir cinayətdirsə, onların yerini gizli saxlamaq daha ağır bəşəri cinayət, bunu sükutla qarşılamaq isə terrorçu dövləti həvəsləndirmək cəhdidir. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO