Razi Nurullayevdən Arif Hacılıya sərt TƏNQİD – “Erməni ilə fərqinizi izah edə bilərsizmi?”

Razi Nurullayevdən Arif Hacılıya sərt TƏNQİD – “Erməni ilə fərqinizi izah edə bilərsizmi?”

Hazırda oxunan: Razi Nurullayevdən Arif Hacılıya sərt TƏNQİD – “Erməni ilə fərqinizi izah edə bilərsizmi?”

23643

“Müxalifət olmaq ağlına nə gəldi danışmaq deyil. Müsavat başqanı Arif Hacılı iki jurnalistin minaya düşməsinə görə ölkə rəhbərliyini ittiham edir. Bu hansı məntiqə sığır? Ağlı başında siyasətçi gərək bunu deməsin axı. Demək Ermənistan və ermənilər yox, Azərbaycan və rəhbərliyi günahkardır? 30 il erməni işğalında olan torpaqların 44 gün ərzində azad olunmasına rəhbərlik etmiş Prezident günahkardır? Əraziləri minalamış ermənilər yox, Azərbaycan prezidenti? Bu artıq müxalifətçilik də yox, ölən şəhidlərin ruhunu incitməkdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.

O, Arif Hacılının jurnalistlərin ölümü ilə bağlı söylədiyi fikrə belə münasibət bildirib:

“Məgər 5-10 nəfər qəlbi nifrətlə örtülmüş adamın "ura" deməsinə görə belə təxribata getmək olarmı? Hörmətli Arif Hacılı! Günahkar erməni faşistləridir. Günahkar Köçəryan-Sərkisyan cütlüyü, hazırkı baş nazir Paşinyandır. Erməni dövlətçiliyidir. Azərbaycan 44 gün ərzində bir Livan və 4 Lüksemburq boyda olan ərazini işğaldan azad edib. Maksimum nəticə əldə edib. Kəlbəcər sizin də hakimiyyətdə olduğunuz zaman işğal edilib. Biz niyə bir-birimizə şər atıb, qərəzli yanaşıb düşmənləri sevindirməliyik? Siz ən yaxşısı üzv olduğunuz beynəlxalq partiya birliklərini məlumatlandırın. Ermənistan rəhbərliyi və toplumu minanın partlamasına və jurnalistlərin ölməsinə görə İlham Əliyevi günahlandırır. Siz də İlhan Əliyevi günahlandırırsınız. Aranızda olan fərqi izah edə bilərsinizmi?”

Deputat qeyd edib ki, Qarabağ və mina məsələsində Prezidenti hədəf almaq erməni dəyirmanına su tökməkdir:

“İlham Əliyev bir qarış torpaq azad edə bilməz deyirdik. O 4 Lüksemburq boyda ərazini işğaldan azad etdi. İlham Əliyev mənasız yerə silahlar alır deyirdik, əksi oldu. Təki Qarabağ azad olsun, bizə vəzifə və hakimiyyət lazım deyil deyirdik. Qarabağ azad olsun, evimi-eşiyimi satıb Qarabağa qurban verərəm deyirdik. Nə dəyişdi, cənablar? Ölkəmizdə narazı qalmalı və tənqid olunmalı sahələr var, bunu da edirik. Ən azından ermənilərin dediyindən fərqli nəsə demək lazımdır. Əks halda, arada olan fərq itəcək. Çox təəssüf edirəm”, deyə Razi Nurullayev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO