Bayden Ərdoğanın əlini necə sıxacaq? – Tarix Rusiyadan öncə Türkiyə ilə YAZILACAQ

Bayden Ərdoğanın əlini necə sıxacaq? – Tarix Rusiyadan öncə Türkiyə ilə YAZILACAQ

Hazırda oxunan: Bayden Ərdoğanın əlini necə sıxacaq? – Tarix Rusiyadan öncə Türkiyə ilə YAZILACAQ

23621

“Tramp dövrü keçmiş ABŞ-Türkiyə münasibətlərini sıfırladı. Bu isə artıq yeni dönəmdir. Yeni dövrdə qarşılıqlı maraqların nəzərə alınması zamanıdır.

Yəni, birtərəfli qaydada patron-klient münasibətləri deyil, bərəbərhüquqlu tərəfdaşlar münasibətidir. Bu da postTramp dövrünün əsas səciyyəvvi xüsusiyyətlərindən olacaq”.

Bizim.Media ilə bu fikirlərini bölüşən politoloq Fərhad Məmmədov Ərdoğan-Bayden görüşündən gözləntilərin də çox olduğunu bildirdi.

Çünki Tramp dövründə ABŞ-ın Avropa, Yaxın Şərq, Şimali Afrika, Qara dəniz siyasəti tamamilə dəyişdi:

“Orada özünəməxsus addımlar atılmışdı ki, bu, Türkiyənin maraqlarına zidd idi. Nəticədə sadalananlar Türkiyə ilə qarşıdurma səviyyəsinə çatmışdı. Amma Trampın siyasətində ölkələrin daxili işlərinə qarışmamaq prinsipi də var idi ki, bu da Türkiyənin, Ərdoğanın ən xoşuna gələn amillərdən idi. Bax belə bir ziddiyyətli format formalaşmışdı ki, bir tərəfdən daxili siyasətə qarışmamaq Ankaranın marağındaydı, ancaq Vaşinqtonun Yaxın Şərqdəki siyasəti, misal üçün Qüdsü İsrailin paytaxtı kimi tanıması, Qara dənizdə Ukraynaya lazımi dəstəyin olmaması, NATO-ya baxışın tamamilə dəyişdirilməsi, Suriyada kürdlərin dəstəklənməsi Türkiyə ilə ABŞ arasında ziddiyyətlər yaratmışdı”.

Politoloq bildirib ki, indi Bayden administrasiyası daha konstruktiv olduğunu sübut etməlidir. NATO sammiti də bir çox ekspertlər tərəfindən ABŞ-ın geri dönüşü kimi qiymətləndirilir:

“NATO-da isə Avropada ən güclü vuruşan orduya malik dövləti yalnız Türkiyədir. Əgər ABŞ həm Yaxın Şərqdə, həm Qara dənizdə, adı çəkilən bütün regionlarda və Cənubi Qafqazda da fəal olmaq istəyirsə, o, ya öz institutları vasitəsilə bunu həyata keçirtməlidir, ya da müttəfiqləri vasitəsilə. 90-cı illərdə bu, əsasən müttəfiqlər vasitəsilə reallaşdırılırdı. Azərbaycan da 2000-ci illərin əvvəllərində ABŞ-ın müttəfiqlərinin müttəfiqi idi”.

Politoloqun fikrincə, bu görüş çox ciddi mətləbləri üzə çıxaracaq. İstər Cənubi Qafqazdakı son hadisələr, istərsə də Əfqanstan, Suriya məsələlərində Türkiyənin oynadığı rol nəzərdən keçiriləcək.

Xatırladaq ki, Bayden iyunun 14-də Türkiyə prezidenti Ərdoğanla görüşdükdən sonra, iyunun 16-da Rusiyalı həmkarı Putinlə danışıqlar aparacaq. Ekspertlərin fikrincə, hər iki görüşün tarixi və siyasi əhəmiyyəti çox böyükdür.  

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO