“Jurnalistlər öz peşə fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə iki Azərbaycan jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinə daha bir dəlildir”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tvitter səhifəsində yazıb.
“UNESCO insan həyatlarını xilas etmək üçün minaların xəritəsini tələb etməlidir”, - nazir qeyd edib.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:45 / 05.06.2021
“UNESCO minaların xəritəsini tələb etməlidir” - Nazir
Hazırda oxunan: “UNESCO minaların xəritəsini tələb etməlidir” - Nazir
Hazırda oxunan: “UNESCO minaların xəritəsini tələb etməlidir” - Nazir
23602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.