Metyu Brayza: “Jurnalistlərin ölüm xəbərindən təəssüfləndim”

Metyu Brayza: “Jurnalistlərin ölüm xəbərindən təəssüfləndim”

Hazırda oxunan: Metyu Brayza: “Jurnalistlərin ölüm xəbərindən təəssüfləndim”

23539

Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirib:

"Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq". (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO