Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.
Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur.
Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bizim.Media
![İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində - FOTO/VİDEO İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində - FOTO/VİDEO](https://bizim.media/file/articles/2025/02/18/1739892702_17398922134500750753.jpg)
- A-
- A
- A+
Siyasət
14:19 / 18.02.2025
İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində - FOTO/VİDEO
235332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.