Azərbaycan 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir",- məlumatda qeyd edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Azərbaycan səfirliyi Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:38 / 17.02.2025
Suriyadakı səfirliyimizin fəaliyyəti 13 ildən sonra BƏRPA EDİLDİ
Hazırda oxunan: Suriyadakı səfirliyimizin fəaliyyəti 13 ildən sonra BƏRPA EDİLDİ
Hazırda oxunan: Suriyadakı səfirliyimizin fəaliyyəti 13 ildən sonra BƏRPA EDİLDİ
235198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.