Ermənistan Azərbaycanın 1,1 milyon hektardan artıq sahəsini hərbi sursatlarla ÇİRKLƏNDİRİB

Ermənistan Azərbaycanın 1,1 milyon hektardan artıq sahəsini hərbi sursatlarla ÇİRKLƏNDİRİB

Hazırda oxunan: Ermənistan Azərbaycanın 1,1 milyon hektardan artıq sahəsini hərbi sursatlarla ÇİRKLƏNDİRİB

234810

Azərbaycan Respublikasının işğal olunmuş suveren ərazilərinin 1,1 milyon hektardan artıq sahəsi 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər partlamamış hərbi sursatlarla çirkləndirilib.

Bizim.Media xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Nəsir Bayramov ittiham aktının nəticəvi hissəsini elan edərkən deyib.

Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə erməniəsilli mülki şəxslərin qanunsuz məskunlaşdırılması, təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktlarını sadalayıb.

Vurğulanıb ki, 1994-cü ilin may ayından 2020-ci ilin sentyabr ayınadək olan dövr ərzində Şuşa, Xankəndi şəhərlərinin, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Ağdam, Kəlbəcər və Zəngilan rayonlarının ərazisində, Ermənistan Respublikasından, Suriya Ərəb Respublikasından, Livan Respublikasından, İraq Respublikasından və digər dövlətlərdən köçürülmüş 23 mindən artıq erməniəsilli mülki əhali, habelə “ASALA” kimi terror təşkilatının silahlı dəstələrinin üzvlərini və ailələri gətirilərək məqsədyönlü və sistematik şəkildə məskunlaşdırılmaqla etnik tərkibi dəyişdirilərək erməni əhalisinin sayı qanunsuz və əsassız olaraq artırılıb, işğal altında saxlanılan ərazilərdə böyük erməni say tərkibi yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO