Bəzi səfirlərin yerləri dəyişdiriləcək, kim hara göndərilir?

Bəzi səfirlərin yerləri dəyişdiriləcək, kim hara göndərilir?

Hazırda oxunan: Bəzi səfirlərin yerləri dəyişdiriləcək, kim hara göndərilir?

23378

XİN-dəki kadr islahatları davam etdirilir. Belə ki, Azərbaycanın xaricdəki müxtəlif səfirliklərinə əməkdaşların şəffaf müsabiqə əsasında təyinatları ilə bağlı müsbət siqnalların sayı artmaqdadır.

Yaxın günlərdə isə bəzi xarici ölkələrdəki səfirlərimizin yerdəyişməsi gözlənilir. 

Bəs, hansı dəyişikliklər gözlənilir? 

Bizim.Media xəbər verir ki, sfera.az bununla bağlı araşdırma aparıb. 

İlk olaraq qeyd edək ki, Azərbaycanın Qazaxstandakı səfiri Rəşad Məmmədovun Türkiyəyə təyinat alacağı gözlənilir. Türkiyədəki səfirimiz Xəzər İbrahimin isə bundan sonrakı fəaliyyətini ABŞ-da davam etdirəcəyi bildirilir. 

ABŞ-dakı səfirimiz Elin Süleymanovun Böyük Britaniyaya, Böyük Britaniyadakı səfirimiz Tahir Tağızadənin isə Macarıstana səfir təyinatı gözlənilir.

Eyni zamanda XİN İdarə rəisi Ağalar Atamoğlanovun Qazaxstana, Zaur Əhmədovun isə İsveçə təyinat alacağı daxil olan informasiyalar arasındadır.

Səfir təyinatını gözləyən kadrlar arasında Elnur Sultanovunİlqar Muxtarovun da olduğu bildirilir.

Qeyd edək ki, adı çəkilən səfirlərin hər biri cəmiyyətimizdə müsbət imici və peşəkar obrazı ilə səciyyələnir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO