MN: Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - FOTO

MN: Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - FOTO

Hazırda oxunan: MN: Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - FOTO

233395

Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" birgə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.
 

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.


Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Qış təlimi - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyuş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO