Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlik bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Təyyarə qəzasının səbəblərinin araşdırılması ilə bağlı YENİ AÇIQLAMA
Qeyd olunur ki, bu hesabat çərçivəsində aparılan istintaq heç kimin günah payının və ya məsuliyyətinin müəyyənləşdirilməsini nəzərdə tutmur.
Lakin hesabatda qeyd edilib ki, istintaqla AZAL təyyarəsinin xarici təsirə məruz qaldığı təsdiqlənib.
Həmçinin bildirilir ki, hava gəmisinin quşların zərbəsinə məruz qalmasına dair məlumat Aktauya Rostovdakı stansiyadan daxil olub.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Bizim.Media