Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır – EKSKLÜZİV

Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır – EKSKLÜZİV

Hazırda oxunan: Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır – EKSKLÜZİV

232589

“Avropa başqalarının münaqişələrini tənzimləməyi sevir, Cənubi Qafqazda da bunu etmək istəyirlər. Rusiyaya qarşı hərbi qələbədən sonra Avropa başqa dövlətlərə qarşı da hərbi qələbə gözləyir, xüsusilə də Azərbaycan üzərində. Onların ssenarisinə görə, əvvəlcə Azərbaycan üzərində siyasi və iqtisadi təzyiq göstəriləcək, rəngli inqilab və dövlət çevrilişi cəhdi ediləcək. Əgər bu alınmasa, yeni bir hərbi cəbhə açılacaq və bu cəbhə Ermənistanın ərazisindən olacaq”.

“Aİ-nin mövqeyi yeni təxribatlara hesablanıb”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ casusları kəşfiyyatçılığa DAVAM EDİR – Bütün addımlarınızı İZLƏYİRİK – VİDEO


Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının müddətinin daha iki il uzadılmasını şərh edən analitik, Avropanın bu istiqamətdəki fəaliyyətlərinin yalnız təxribata hesablandığını bildirib.

“Avropa İttifaqı Ermənistandakı müşahidəçilər missiyasını iki il daha uzatmaq qərarına gəldikdə, əlbəttə, bunu Azərbaycanın və bölgədəki digər dövlətlərin fikirlərinə heç bir nəzər yetirmədən edir. Bu, yalnız Avropa İttifaqının qərarıdır. Bu addım mənfi nəticələr verəcək. Azərbaycan artıq AŞPA-da iştirakını dayandırıb.

Anlayırıq ki, Azərbaycanın Avropa institutları ilə əlaqələri daha da pisləşəcək. Müasir Avropa məhz bunu etməyə çalışır. Müasir Avropanın Azərbaycanla normal diplomatik münasibətləri bərpa etmək məqsədi yoxdur. Onların məqsədi dünyada və bölgədə hökmranlıq etməkdir. Bu, Azərbaycanın mövqeyinə tamamilə ziddir”, - deyə D.Solonnikov bildirib.

Solonnikov qeyd edib ki, Avropanın Azərbaycan kimi tərəfdaşa ehtiyacı var:

“Lakin Ermənistandan üzərində Cənubi Qafqaz üzərində qurulan oyunlar münasibətlərin üzərindən xətt çəkir. Münasibətlərin pisləşəcəyinə heç bir şübhə yoxdur. Avropanın məqsədi Ermənistanı öz anklavına çevirmək, Cənubi Qafqazda qeyri-sabitlik anklavı yaratmaq, Ermənistanı Avrasiyanın bütün inteqrasiya strukturlarından, 3+3 formatından çıxarmaqdır.

Beləliklə, xarici qüvvələrin idarə etdiyi bir ərazi yaranacaq, həmin ərazidən ip ucları Brüsselə, Vaşinqtona qədər uzanacaq. Bu ərazidən Cənubi Qafqaza xaos yayılacaq. Avropa regiondakı struktur, hökumət və xalqların maraqlarını heç bir şəkildə nəzərə almır”, - deyə analitik qeyd edib.

Rusiyalı analitik həmçinin NATO-nun Cənubi Qafqaz planları haqqında da danışıb:

“Onların məqsədi Ermənistana NATO silahları və hərbçilərinin göndərilməsi, daha sonra isə NATO bazasının yaradılmasıdır. Onlar binoklla Azərbaycanın addımlarını izləmək və əldə etdikləri məlumatlar əsasında yeni müharibəyə başlamağı planlaşdırırlar. Hazırda Ukraynada olduğu kimi, Ermənistanda da bütün strateji qərarlar NATO qərargahlarında qəbul ediləcək. Yəni, Qərb Ukraynada etdiyini Ermənistanda da reallaşdırmaq istəyir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO