Azərbaycanda bir sıra hərbi qulluqçuların maaşları artırlıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq fərmanlar imzalayıb.
Fərmanlara əsasən aşağıda qeyd olunan şəxslərin maaşları 10 faiz artırılıb:
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları;
- Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları;
- Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları.
Azərbaycan Nazirlər Kabineti bu Fərmanlardan irəli gələn məsələləri həll etməlidir.
Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmanlardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:24 / 27.01.2025
Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI – FƏRMAN
Hazırda oxunan: Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI – FƏRMAN
Hazırda oxunan: Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI – FƏRMAN
231982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.