Aİ-nin havadarlığı ilə Ermənistan növbəti təxribata HAZIRLAŞIR – Gözümüz ÜSTÜNÜZDƏDİR... - VİDEO

Aİ-nin havadarlığı ilə Ermənistan növbəti təxribata HAZIRLAŞIR – Gözümüz ÜSTÜNÜZDƏDİR... - VİDEO

Hazırda oxunan: Aİ-nin havadarlığı ilə Ermənistan növbəti təxribata HAZIRLAŞIR – Gözümüz ÜSTÜNÜZDƏDİR... - VİDEO

231917

Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə "Bez Tormozov" Telegram kanalı fotosübutlar yayımlayıb.

Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir.

Maraqlıdır ki, Aİ missiyası da bu işdə onlara havadarlıq edir. Belə ki, ötən həftə yayılan digər görüntülərdə Aİ kəşfiyyatçılarının mütəmadi olaraq şərti sərhəddə gəlib, mövqelərimizi izlədikləri görünürdü. 
 

MÖVZU İLƏ BAĞLI:

Aİ missiyası növbəti təxribat HAZIRLIĞINDA – Binoklu silahlar ƏVƏZ EDƏCƏK?


Ermənistan Aİ-nin havadarlığı ilə növbəti təxribatlara hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə əvvəlki illərin təcrübəsinə istinadla bildirir ki, Ermənistanın sərhəddəki bu kimi addımları onun Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşdığına işarədir:

“Məlumatlara görə, Kəlbəcər istiqamətində Azərbaycan Ermənistan şərti sərhədi boyunca İrəvan tərəfindən xəndəklər qazılır, istehkamlar qurulur. Mətbuatda bunu təsdiq edən foto və video sübutlar da yayılıb. O da məlumdur ki, bu gün Avropa İttifaqının müşahidə missiyasının, əslində kəşfiyyat xarakterli fəaliyyət göstərən qrupun, mandatının uzadılması ilə bağlı da qərar veriləcək.

Əvvəlki dövrlərdə bu cür səngərlərin quraşdırılması, istehkamların qazılması faktlarından sonra Azərbaycana qarşı atəş açıldığı və təxribat xarakterli digər addımların atıldığının dəfələrlə şahidi olmuşuq. Budəfəki hadisə də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatlara, revanşa hazırlaşdığını göstərir”.

Deputat qeyd edir ki, Ermənistanın təxribatlara getməsi ona baha başa gələcək və törətdiyi təxribatların artıqlaması ilə cavabını alacaq:

“Bu baxımdan Azərbaycan tərəfinin təbii ki, cavab tədbirləri olacaq. İrəvan unutmamalıdır ki, hər hansı təxribat əməli 5-10 qat formada əks cavab formasında veriləcək. Ermənistana kimin havadarlıq etməsindən asılı olmayaraq, etdiyi təxribat xarakterli hərəkətləri həmişə olduğu kimi yenə də, nəticə etibarı ilə İrəvanın özü üçün ciddi fəsadlara gətirib çıxaracaq. Ona əsaslı formada cavab veriləcək və bundan uduzan da Ermənistanın özü olacaq”.

Proseslərdən göründüyü kimi, Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün hərəkətə keçiblər. Onların erməni qardaşları isə həmin casuslara güvənərək revanş eşqinə düşüblər. Ancaq bunlar hamısı əbəsdir. Çünki ordumuz onların bütün addımlarını izləyir...


Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO