Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron Nikol Paşinyanla Fransadakı görüşündə söyləyib:
MÖVZU İLƏ BAĞLI:
Makron payızda Ermənistana gələcək – SƏBƏB
"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflər arasında Rusiya və ABŞ-la birlikdə, Fransa birbaşa da daxil olmaqla, gərginləşmə və dialoqun bərpası üçün hər şeyi etmək niyyətindədir" deyə Makron qeyd edib. Makron qeyd edib ki, sərhədin delimitasiyası “yalnız danışıqlar yolu ilə və güc tətbiq olunmadan həyata keçirilməlidir”.
Qeyd edək ki, aprel ayında Makron və Paşinyan telefon danışığında Qafqazdakı vəziyyəti, habelə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını müzakirə ediblər.
Alçina Amilqızı, Bizim.Media