SON DƏQİQƏ: İrandakı səfirliyimizə hücum edən şəxsin edam hökmü TƏSDİQLƏNDİ

SON DƏQİQƏ: İrandakı səfirliyimizə hücum edən şəxsin edam hökmü TƏSDİQLƏNDİ

Hazırda oxunan: SON DƏQİQƏ: İrandakı səfirliyimizə hücum edən şəxsin edam hökmü TƏSDİQLƏNDİ

231214

İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir deyib.
 

Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə təqdim edib.


İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur – red.) müraciəti əsasında icra oluna bilər.

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-də Yasin Hüseynzadənin Tehrandakı Azərbaycan səfirliyinə hücumu nəticəsində səfirliyin bir əməkdaşı öldürülüb, iki nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO