ABŞ-Ermənistan sazişinə nazirdən REAKSİYA – “İrəvana birtərəfli dəstəyin verilməsi...”

ABŞ-Ermənistan sazişinə nazirdən REAKSİYA – “İrəvana birtərəfli dəstəyin verilməsi...”

Hazırda oxunan: ABŞ-Ermənistan sazişinə nazirdən REAKSİYA – “İrəvana birtərəfli dəstəyin verilməsi...”

230852

“Bu gün ABŞ-də yeni prezidentin inaqurasiya mərasimi keçiriləcək. Bundan sonra 4 il müddətində respublikaçılar hakimiyyətdə olacaq. Güman edək ki, burada biz yanaşma fərqini müşahidə edə biləcəyik. Azərbaycan ABŞ-dan normal, proqnozlaşdırıla bilən, qarşılıqlı maraq və hörmət əsasında formalaşmış münasibətin tərəfdarıdır".

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması haqqında danışan nazir bunları qeyd edib:

“İki ölkə arasında olan münasibətləri şərh etmək istəməzdim. Həm ABŞ demokratlar administrasiyası, həmçinin, bir sıra Avropa paytaxtları tərəfindən 2024-ci ildə biz Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO