DSX həqiqi hərbi xidmətə qəbul ELAN ETDİ

DSX həqiqi hərbi xidmətə qəbul ELAN ETDİ

Hazırda oxunan: DSX həqiqi hərbi xidmətə qəbul ELAN ETDİ

229362

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

 

Məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Qeyd olunub ki, namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, 30 yaşı keçməməli, fiziki cəhətdən sağlam olmalıdırlar. Müraciət etmək istəyən kişi namizədlər Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO