Emmanuel Makronun prezidentliyi dövründə Fransa tarixinin ən rəzil günlərini yaşayır. Belə ki, Paris Afrika ölkələrindəki nüfuz dairələrini bir-birinin ardınca itirməkdədir.
Afrikadakı hərbi bazalarını itirən Fransa yeni ildə bu istiqamətdə daha bir zərbəyə tuş gəlib. Belə ki, Seneqal prezidenti Faye yeni il münasibətilə xalq müraciətində Fransa hərbi bazasının ölkədən çıxarılacağını açıqlayıb. Qeyd edək ki, Seneqalda Fransanın 350 nəfərdən ibarət bir hərbi bazası var
Ardınca Kot-d'İvuar Prezidenti Uattara da yeni ildə ölkədəki fransız əsgərləri ilə bağlı açıqlamalar verib. Uattara Abidjandakı Fransa bazasının bu ay Kot-d'İvuara təhvil veriləcəyini bildirib. Bu bazada Fransanın təxminən 600 əsgəri var.
Daha hansı ölkələr fransızları qovub?
Xatırladaq ki, Çad hökuməti noyabrın 28-də Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişinin sona çatdığını bildirib. Nəticədə fransız əsgərlərinin bir hissəsi keçən ilin dekabrın 10-da Çaddan çıxarılıb. Onların bu ölkədən tam çıxarılması isə 2025-ci ilin 31 yanvarında yekunlaşmalıdır.
Parisin Qərbi və Mərkəzi Afrikada təsirinin azalması ilə bağlı ilk siqnal 2013-cü ildən gəlməyə başlayıb. Həmin il terrorizmlə mübarizə bəhanəsi ilə Malidə olan 5 minlik fransız hərbçisinin ölkədən çıxarılması tələb olundu. Ardınca Niger və Burkina Fasoda baş verən hərbi çevrilişlərdən sonra yeni administrasiyalar Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edərək, fransız əsgərlərini ölkələrindən çıxardılar. Onu da xatırladaq ki, Fransa müstəmləkəçiliyin sona çatmasından üzü bəri fransız ordusu Afrika ölkələrinin 70 faizdən qovulub.
Hazırda yalnız iki Afrika ölkəsində rəsmi Parisin hərbi varlığı davam edir. Belə ki, Cibutidə 1500, Qabonda isə 350 fransız hərbçisi qalıb.
Fransanı daha hansı strateji məğlubiyyətlər gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Fransanın Afrikada qısa zamanda düçar olduğu itkiləri rəsmi Parisin yürütdüyü uğursuz siyasətlə əlaqələndirib:
“Fransa zamanında Afrikanın müstəmləkə boyunduruğuna salınmasında iştirak etmiş imperialist müstəmləkəçi dövlətlərdən biri olub. Hazırda Afrikada Fransanın nüfuz dairəsində olan 14-ə qədər dövlət var. Onlara Niqer, Mali, Seneqal, Qabon, Burkina Faso və digərlərini göstərmək olar. Fransa bu ölkələrə ucuz xammal mənbəyi və fransız mallarının satışı üçün bazar kimi yanaşır.
Rəsmi Parisin bu ölkələrə ayırdığı maliyyə onların iqtisadi inkişafına dəstəkdən deyil, əksinə bu ölkələrin müstəqilliyə olan səylərinin qarşısını almaq istəyindən irəli gəlir. Fransa kənd təsərrüfatı məhsullarına olan tələbatın 40 faizindən çoxunu bu ölkələrdən idxal hesabına əldə edir. Onun atom sənayesi üçün lazım olan uranın 35 faizi ancaq Nigerdə hasil edilən uranın hesabına təmin edilir.
Özünün müstəmləkəçi maraqlarını qorumaq uçun 5-ci Respublika 1994-cü ildə Ruandada baş vermiş genosid hadisələri zamanı yerli, irticaçı hökumətin tərəfində çıxış etdi, 2013-2014-cü illərdə isə Burkina Faso və Malidə yaşanan hadisələrə müdaxilə edərək bu ölkələri vətəndaş müharibəsinə sürüklədi”.
“Afrikada Fransanın yerini bu ölkələr tutur”
Həmsöhbətimiz qeyd edir ki, son on ildə Fransanın Afrikada bir-birnin ardınca düşdüyü ugursuzluqlar, itirdiyi mövqelər onun sürətlə dəyişməkdə olan siyasi şərait və iqtisadi proseslərə adekvat cavab verə bilməməsi, hadisələri qabaqlamaq deyil, əksinə onların ardınca sürünməsilə bağlıdır:
“Nəticədə, Fransa öz nüfuz dairəsində olan ölkələrdə Çin, Rusiya, ABŞ şirkətləri ilə qarşıdurmada mövqelərini əldən verməyə başlayıb. Adıçəkilən Afrika ölkələrinin iqtisadiyyatında bəlli dövlətlərin, xüsusən də Çinin çəkisi artmağa başlayıb. Keçmiş “Fransa Afrikası”nın enerji təchizatında Rusiyaya məxsus “Qazprom” və rus texnika şirkətlərinin rolu durmadan yüksəlib.
Maraqlıdır ki, Rusiyanı, Çini o cümlədən Azərbaycanı demokratik idarəetmə sistemindən kənarda addımlar atmaqda qınayan Fransa öz neomüstəmləkələrində, məsələn Yeni Kaledoniyada ada sakinlərinin hüquq və azadlıqlarının məhdudlaşdırılması yolunda addımlar atır və bu zaman digər ölkələri, o cümlədən Azərbaycanı onun daxili işlərinə müdaxilədə ittiham edir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 08.01.2025
Yüz illərdir davam edən İŞĞALIN SONU – Fransa Afrikada necə rəzil duruma DÜŞDÜ?
Hazırda oxunan: Yüz illərdir davam edən İŞĞALIN SONU – Fransa Afrikada necə rəzil duruma DÜŞDÜ?
Hazırda oxunan: Yüz illərdir davam edən İŞĞALIN SONU – Fransa Afrikada necə rəzil duruma DÜŞDÜ?
228922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.