Nazir müavininin oğlu Londonda yeni şirkət yaratdı - FOTO

Nazir müavininin oğlu Londonda yeni şirkət yaratdı - FOTO

Hazırda oxunan: Nazir müavininin oğlu Londonda yeni şirkət yaratdı - FOTO

227847

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin də Londonda böyük biznes şəbəkəsi yaratdığı bildirilir. 

 

Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

Jurnalist yazır ki, nazir oğlu atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. 

 

"Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib", - deyə o qeyd edib. 

 

Elvin Hacıyevin maliyyə mənbələrinin şəffaf olmadığı, məhz atasının hesabına bu biznesə sahib olduğu deyilir: 

 

"35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", "BABYLON AQRO”, "BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, - deyə Cavanşir Həsənli bildirib.

 

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev hələ ki məsələyə münasibət bildirməyib. 

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

 





  •  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO