Rusiyanın İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə danışdı

Rusiyanın İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə danışdı

Hazırda oxunan: Rusiyanın İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə danışdı

227602

Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, tərəflər söhbət zamanı Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın gedişatını müzakirə ediblər.

Bastrıkin qeyd edib ki, baş vermiş faciənin bütün səbəblərini və hansı şəraitdə baş verməsini müəyyənləşdirmək məqsədilə kompleks istintaq fəaliyyətləri həyata keçirilir.

Bununla yanaşı, telefon danışığı zamanı tərəflər birgə araşdırma planı çərçivəsində əsas vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO