Zəngəzur dəhlizini türklərdən kimlər QOPARMAQ İSTƏYİR? - Türkiyəli generaldan AÇIQLAMA

Zəngəzur dəhlizini türklərdən kimlər QOPARMAQ İSTƏYİR? - Türkiyəli generaldan AÇIQLAMA

Hazırda oxunan: Zəngəzur dəhlizini türklərdən kimlər QOPARMAQ İSTƏYİR? - Türkiyəli generaldan AÇIQLAMA

22725

“Zəngəzur dəhlizi Anadoluda yaşayan türklərlə Orta Asiyada yaşayan türklərin bir əlaqə nöqtəsidir. Bu dəhliz türk dünyasını birləşdirən əsas yoldur. Bundan başqa bu dəhlizin iqtisadi baxımdan da böyük prespektivləri var. Zəngəzur dəhlizi keçmiş İpək yolunu bərpa edir. Çünki Çindən gələn ticarət yükləri bu dəhlizdən keçərək Türkiyə üzərindən Avropaya çatdırılacaq. Ona görə, hazırda bu dəhlizin üzərində əsas nəzarəti götürmək üçün bir çox qüvvələr mübarizə aparır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan türkiyəli  general-mayor Özgür Tör Zəngəzur dəhlizinin önəmindən danışarkən deyib.

Onun sözlərinə görə, dəhlizdən əsasən Çindən gələn böyük ticarət yolu keçəcək. Bu baxımdan da Zəngəzur dəhlizi bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır:

“Dəhlizin nəzarəti həm İran, həm də Rusiya tərəfi üçün vacibdir. Ancaq onlar buranın tarixi bir türk torpağı olduğunu unutmamalıdır”. 

General-mayor Zəngəzur dəhlizinin türk dünyası üçün vacib olan daha bir məqamından da söz açıb:

“Dəhliz eyni zamanda Azərbaycan və Türkiyə arasında quru yolu da bərpa edəcək. Gələcəkdə Azərbaycandan dəmir yol vasitəsilə Türkiyəyə rahat şəkildə səfər etmək olacaq. Bundan başqa dəmir yolu ilə yüklərin daşınmasında da böyük irəliləyişlər olacaq. Bunun gələcəkdə strateji yola çevrilməsi də əsas prioritetlərdən biridir”. 

Özgür Tör Zəngəzur dəhlizi üçün digər böyük qüvvələrin mübarizə apardığını da qeyd edib:

“Hazırda bu strateji yolun açılması və nəzarətə götürülməsi bir neçə dövlətin maraq dairəsindədir. Böyük Britaniya Çin bu istiqamətdə çox əmək sərf edirlər. Ona görə bu yolun açılmasını ləngitmək və vaxt uzatmaq üçün Ermənistandan istifadə edilərək, bir çox təxribatlara da əl atılır. Hər kəs maksimum öz marağını ən yüksək şəkildə təmin etmək istəyir. Amma biz Azərbaycan dövlətinin iradəsini görürük, o indi bölgədə ən vacib söz sahibidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Zəngəzur dəhlizinin açılmasında göstərdiyi bütün səylərin bəhrə verəcəyinə inanırıq. Türkiyə də bu işdə daima Azərbaycanın yanında olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO