Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.
Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.
Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik".
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bizim.Media